Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,2% enib, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,2% enib, Nasdaq 0,2% yüksəlib
# 26 aprel 2011 06:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Aprelin 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 12 480 bəndədək, S&P 500 0,2% - 1 335 bəndədək enib, Nasdaq 0,2% - 2 826 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ-da “hesabat dövrü” hələ də davam edir və şirkətlər tərəfindən açıqlanan hesabatlar fond bazarında kotirovkaların dinamikasına təsir edən əsas amillərdir.
Avropa fond bazarlarında aprelin 25-də ticarət aparılmayıb. Əvvəlki ticarət günü olan aprelin 21-nin nəticəsində FTSE 100 indeksi 0,1% - 6 018 bəndədək enib, Fransa CAC-40-ı 0,4% - 4 022 bəndədək, Almaniya DAX-ı 0,6% - 7 296 bəndədək yüksəlib.
Aprelin 25-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% azalaraq 1 498,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4532 (-0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR