Bank Of Baku

BFB-da 10301831S seriyalı 4 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10301831S seriyalı 4 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 26 aprel 2011 14:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10301831S seriyalı, dövlət qeydiyyatından keçmiş, dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 5 012 500 manat təşkil edib. Sifarişlər 98,53% (gəlirlik 2,99%) və 98,77% (gəlirlik 2,55%) qiymətləri ilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 98,53% (gəlirlik 2,99%), orta ölçülmüş qiyməti 99,59% (gəlirlik 2,87%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 4 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin oktyabrın 25-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR