Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,4%, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,4%, Nasdaq 0,1% yüksəlib
# 29 aprel 2011 06:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Aprelin 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 12 763 bəndədək, S&P 500 0,4% - 1 361 bəndədək, Nasdaq 0,1% - 2 873 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların dinamikasına bir sıra şirkətlərin hesabatları təsir edib.
Avropa fond bazarlarında aprelin 28-də FTSE 100 indeksi 0,03% - 6 070 bəndədək, Fransa CAC-40-ı 0,9% - 4 105 bəndədək, Almaniya DAX-ı 1% - 7 475 bəndədək yüksəlib.
Aprelin 28-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 533,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4831 (-0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR