Bank Of Baku

BFB-də 10500633S seriyalı 3 mln. manatlıq GDİ emissiyası yerləşdirilib

BFB-də 10500633S seriyalı 3 mln. manatlıq GDİ emissiyası yerləşdirilib
# 29 aprel 2011 15:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10500633S seriyalı, dövlət qeydiyyatından keçmiş geri çağırılmaq hüququna malik olan bir illik dövlət istiqrazlarının (GDİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 5 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 8 042 300 manat təşkil edib. Sifarişlər 100,72% və 100% qiymətləri ilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 100,57%, orta ölçülmüş qiyməti 100,60% səviyyəsində müəyyənləşdirilib. Nəticədə istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 594 900 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla 3 mln. manat məbləğində müəyyən edilib. İstiqrazlar üzrə faiz gəlirliyi 4% təşkil edir.

Qeyd edək ki, bu istiqraz buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2012-ci ilin aprelin 27-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR