Bank Of Baku

Dow Jones indeksi 0,02%, S&P 500 0,2%, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,02%, S&P 500 0,2%, Nasdaq 0,3% enib
# 03 may 2011 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Mayın 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,02% - 12 807 bəndədək, S&P 500 0,2% - 1 361 bəndədək, Nasdaq 0,3% - 2 864 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, bir sıra mənfi makroiqtisadi göstəricilər ABŞ-ın fond bazarında kotirovkaların enməsinə səbəb olub.
Avropa fond bazarlarında mayın 2-də FTSE 100 indeksi 0,03% - 6 070 bəndədək, Fransa CAC-40-ı 0,1%- 4 109 bəndədək, Almaniya DAX-ı 0,2% - 7 528 bəndədək yüksəlib. Avropa bazarlarında “Credit Agricole”un səhmləri 0,2%, “Societe Generale”in səhmləri 0,5%, “Deutsche Bank”ın səhmləri 0,2%, “Bayerische Motoren Werke”nin (BMW) səhmləri 1,3%, “Volkswagen”in səhmləri 1,6%, “Peugeot Citroen”in səhmləri 0,6%, “Renault”un səhmləri 0,1% bahalaşıb.
Mayın 2-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 548,0 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4794 (-0,02%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR