Bank Of Baku

BFB-da Azərbaycan İpoteka Fondunun daha 3 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-da Azərbaycan İpoteka Fondunun daha 3 mln. manatlıq istiqrazları yerləşdirilib
# 03 may 2011 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 2-də Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçirilib.

AİF-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, hərraca 3 mln. manat həcmində istiqraz çıxarılıb. Sifarişlərin nominal üzrə ümumi məbləği 10,008 mln. manat təşkil edib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 mln. manat məbləğində müəyyən edilib. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2017-cu ilin dekabrın 11-də icra olunacaq.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının emissiya prospekti 2010-cu ilin noyabr ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 60 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazlar üzrə gəlirlik isə illik 3% təşkil edir. Beləliklə, həmin emissiyadan olan istiqrazların dövriyyədə olan həcmi 25 mln. manata çatıb.

Xatırladaq ki, bundan öncə AİF ümumi həcmi 55 mln. manat və 75 mln. manat faizli adlı sənədsiz təmin edilməmiş məbləğində ipoteka istiqrazları buraxıb. Sözügedən hər iki emissiya uğurla yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR