Bank Of Baku

Dow Jones indeksi 0,01% yüksəlib, S&P 500 0,3%, Nasdaq 0,8% enib

Dow Jones indeksi 0,01% yüksəlib, S&P 500 0,3%, Nasdaq 0,8% enib
# 04 may 2011 06:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Mayın 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,01% - 12 808 bəndədək yüksəlib, S&P 500 0,3% - 1 357 bəndədək, Nasdaq 0,8% - 2 842 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında artıq bir neçə gün ərzində qeyri-müəyyənlik müşahidə olunur ki, bu həm kotirovkaların dinamikasına, həm də investorların fəallığına mənfi təsir edir.
Avropa fond bazarlarında mayın 3-də FTSE 100 indeksi 0,2% - 6 083 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,3%- 4 097 bəndədək, Almaniya DAX-ı 0,4% - 7 501 bəndədək enib.
Mayın 3-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1% azalaraq 1 532,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4799 (+0,03%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR