Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0523, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0523, AMFBI indeksi 1,0001 təşkil edib
# 05 may 2011 06:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0056 bənd və ya 0,5% azalaraq may ayının 5-nə 1,0001 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0523 bənd və ya 5,2% artaraq 1,0523 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməz qalaraq 1,0001-ə bərabər olub.
Mayın 4-də 20 mln. manat həcmində notlar buraxılışı dövriyyədən çıxarılıb və 25 mln. manatlıq emissiya yerləşdirilib. Nəticədə bazar kapitallaşması artıb və bu artım ACBDI indeksinin yüksəlməsinə səbəb olub.
AGBI indeksinin azalması gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR