Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 0,7%, Nasdaq 0,5% enib

Dow Jones indeksi 0,7%, S&P 500 0,7%, Nasdaq 0,5% enib
# 05 may 2011 06:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Mayın 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 12 724 bəndədək, S&P 500 0,7% - 1 347 bəndədək, Nasdaq 0,5% - 2 828 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsi məşğulluq bazarı üzrə mənfi göstəricilər səbəbindən baş verib. Belə ki, aprel ayında ölkədə yeni iş yerlərinin sayı proqnozlardan aşağı olub.
Avropa fond bazarlarında mayın 4-də FTSE 100 indeksi 1,6% - 5 984 bəndədək, Fransa CAC-40-ı 1,3%- 4 043 bəndədək, Almaniya DAX-ı 1,7% - 7 374 bəndədək enib.
Mayın 4-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% azalaraq 1 520,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4868 (+0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR