Bank Of Baku

Dow Jones indeksi 1,1%, S&P 500 0,9%, Nasdaq 0,5% enib

Dow Jones indeksi 1,1%, S&P 500 0,9%, Nasdaq 0,5% enib
# 06 may 2011 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Mayın 5-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 12 584 bəndədək, S&P 500 0,9% - 1 335 bəndədək, Nasdaq 0,5% - 2 815 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, artıq bir neçə gün ərzində dünya fond bazarlarında müşahidə olunan mənfi dinamika davam edib. Bunun əsas səbəbi kimi investorlar arasında iqtisadiyyatın bərpası templərinin aşağı olması barədə ehtimalları qeyd etmək olar ki, ABŞ və Avropanın makroiqtisadi göstəricilərinin zəif olması da bunun sübutu kimi qiymətləndirilir.
Avropa fond bazarlarında mayın 4-də FTSE 100 indeksi 1,1% - 5 920 bəndədək, Fransa CAC-40-ı 1%- 4 005 bəndədək enib, Almaniya DAX-ı 0,04% - 7 377 bəndədək yüksəlib.
Mayın 5-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,1% azalaraq 1 488,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4565 (-2%) dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR