Bank Of Baku

BFB-da 10202031S seriyalı 5 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10202031S seriyalı 5 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 06 may 2011 14:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10202031S seriyalı, dövlət qeydiyyatından keçmiş, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 5 505 900 manat təşkil edib. Sifarişlər 99,50% (gəlirlik 2,02%) – 99,01% (gəlirlik 4,01%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti emitent tərəfindən 99,45% (gəlirlik 2,22%), orta ölçülmüş qiyməti isə 99,49% (gəlirlik 2,06%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin avqustun 5-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR