Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,5% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,5% yüksəlib
# 07 may 2011 07:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Mayın 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 12 639 bəndədək, S&P 500 0,4% - 1 340 bəndədək, Nasdaq 0,5% - 2 828 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında müsbət dinamika ölkənin məşğulluq bazarı barədə məlumatların açıqlanmasından sonra baş verib. Belə ki, aprel ayında ABŞ-da yeni iş yerlərinin sayı 244 min təşkil edib ki, bu da proqnozlardan 31% çox olub.
Avropa fond bazarlarında mayın 6-da FTSE 100 indeksi 1% - 5 977 bəndədək, Fransa CAC-40-ı 1,3%- 4 058 bəndədək, Almaniya DAX-ı 1,6% - 7 492 bəndədək yüksəlib.
Mayın 6-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 491,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4316 (-1,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR