Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,8%, Nasdaq 1% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,8%, Nasdaq 1% yüksəlib
# 11 may 2011 07:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Mayın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 12 760 bəndədək, S&P 500 0,8% - 1 357 bəndədək, Nasdaq 1% - 2 872 bəndədək yüksəlib.

«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə bir sıra iri şirkətlərin müsbət hesabatları təsir edib.

Avropa fond bazarlarında mayın 10-da FTSE 100 indeksi 1,3% - 6 019 bəndədək, Fransa CAC-40-ı 1,1%- 4 053 bəndədək, Almaniya DAX-ı 1,2% - 7 502 bəndədək yüksəlib.

Mayın 10-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 522,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4390 (+0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR