Bank Of Baku

BFB-da Azərbaycan Milli Bankının 17,804 mln. manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Milli Bankının 17,804 mln. manatlıq notları yerləşdirilib
# 11 may 2011 14:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50101830S seriyalı, ümumi həcmi 30 mln. manat, hərraca çıxarılan həcmi 20 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 6 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 17,804 mln. manat təşkil edib. Sifarişlər 99,8850% (gəlirlik 1,48%) – 99,8059% (gəlirlik 2,50%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,8059% (gəlirlik 2,50), orta ölçülmüş qiyməti isə 99,8417% (gəlirlik 2,04%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 17,804 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən iyunun 8-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR