Bank Of Baku

Dow Jones indeksi 1%, S&P 500 1,1%, Nasdaq 0,9% enib

Dow Jones indeksi 1%, S&P 500 1,1%, Nasdaq 0,9% enib
# 12 may 2011 07:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Mayın 11-də Amerika fond bazarında Dow Jones indeksi 1% - 12 630 bəndədək, S&P 500 1,1% - 1 342 bəndədək, Nasdaq 0,9% - 2 845 bəndədək enib.

«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına əsasən iki amil təsir edib. Belə ki, ölkədə korporativ hesabatlar mövsümü hələ davam edir və iri şirkətlərin hesabatları bazara təsir edir. Bundan başqa makroiqtisadi göstəricilər də öz rolunu oynayır. Məsələn, ABŞ-da büdcə kəsirinin aprel ayında 40,49 mlrd. dollara çatması bazara mənfi təsir edib.

Avropa fond bazarlarında mayın 11-də FTSE 100 indeksi 0,7% - 5 976 bəndədək enib, Fransa CAC-40-ı 0,1%- 4 058 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,1% - 7 495 bəndədək enib.

Mayın 11-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,2% azalaraq 1 504,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4222 (-1,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR