Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,9895, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,9895, AMFBI indeksi 1,0001 təşkil edib
# 12 may 2011 07:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0186 bənd və ya 1,8% azalaraq may ayının 12-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0105 bənd və ya 1,1% azalaraq 0,9895 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub. AGBI indeksinin azalması gündəlik korrektə çərçivəsində baş verib.

ACBDI indeksinin azalması isə mayın 11-də 17,8 mln. manat həcmində notların yerləşdirilməsi və 20 mln. manat həcmində olan buraxılışın dövriyyədən çıxarılması nəticəsində bazarın kapitallaşmasının azalması səbəbindən baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR