Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0188 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0188 təşkil edib
# 13 may 2011 07:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) dəyişməz qalaraq may ayının 13-nə 1,0001 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0105 bənd və ya 1,1% artaraq 1,0000 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0187 bənd və ya 1,9% artaraq 1,0188-ə bərabər olub. İndeksin artması mayın 12-də 3 mln. manat həcmində ipoteka istiqrazlarının daha bir tranşının yerləşdirilməsi nəticəsində baş verib.
ACBDI indeksinin artması gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR