Bank Of Baku

BFB-da 10500733S seriyalı 3 mln. manatlıq GDİ emissiyası yerləşdirilib

BFB-da 10500733S seriyalı 3 mln. manatlıq GDİ emissiyası yerləşdirilib
# 13 may 2011 14:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10500733S seriyalı dövlət qeydiyyatından keçmiş geri çağırılmaq hüququna malik olan birillik dövlət istiqrazlarının (GDİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 5 498 000 manat təşkil edib. Sifarişlər 100,00% - 100,10% qiymət intervalı ilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 100,00%, orta ölçülmüş qiyməti isə 100,07% səviyyəsində emitent tərəfindən müəyyən edilib. İstiqrazlar üzrə faiz gəlirliyi 4% təşkil edir. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu GDİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2012-ci ilin mayın 11-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR