Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq 1,6% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq 1,6% enib
# 17 may 2011 06:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Mayın 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 12 548 bəndədək, S&P 500 0,6% - 1 330 bəndədək, Nasdaq 1,6% - 2 782 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə əsas səbəb kimi ölkənin dövlət borcunun artmasını qeyd etmək olar.
Avropa fond bazarlarında mayın 16-da FTSE 100 indeksi 0,04% - 5 924 bəndədək, Fransa CAC-40-ı 0,7%- 3 990 bəndədək, Almaniya DAX-ı 0,2% - 7 388 bəndədək enib.
Mayın 16-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 494,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4165 (+0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR