Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,04% enib, Nasdaq 0,03% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,04% enib, Nasdaq 0,03% yüksəlib
# 18 may 2011 06:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Mayın 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 12 480 bəndədək, S&P 500 0,04% - 1 329 bəndədək enib, Nasdaq 0,03% - 2 783 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına bir sıra makroiqtisadi xəbərlər təsir edib. Məsələn, ölkədə yeni evlərin tikintisi həcminin aprel ayında əvvəlki ayla müqayisədə 10,6% azalaraq 523 minə çatması barədə hesabat bazara mənfi təsir göstərib.
Avropa fond bazarlarında mayın 17-də FTSE 100 indeksi 1,1% - 5 861 bəndədək, Fransa CAC-40-ı 1,2%- 3 942 bəndədək, Almaniya DAX-ı 1,8% - 7 257 bəndədək enib.
Mayın 17-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 491,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4274 (+0,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR