Bank Of Baku

BFB-də Azərbaycan Mərkəzi Bankının 15 mln. manatlıq notları yerləşdirilib

BFB-də Azərbaycan Mərkəzi Bankının 15 mln. manatlıq notları yerləşdirilib
# 18 may 2011 15:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50101930S seriyalı, ümumi həcmi 30 mln. manat, hərraca çıxarılan həcmi 15 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 29 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 7 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 31 025 300 manat təşkil edib.

Sifarişlər 99,8445% (gəlirlik 1,93%) - 99,6899% (gəlirlik 3,86%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,8152% (gəlirlik 2,30%), orta ölçülmüş qiyməti isə 99,8329% (gəlirlik 2,08%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə notların nominal üzrə reallaşdırılmış həcmi 15 mln. manat məbləğində, o cümlədən 800 900 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən iyunun 16-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR