Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,9486, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,9486, AMFBI indeksi 1,0001 təşkil edib
# 19 may 2011 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0512 bənd və ya 5,4% artaraq may ayının 19-na 1,0001 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0514 bənd və ya 5,1% azalaraq 0,9486 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.
ACBDI indeksinin azalması mayın 18-də həcmi 20 mln. manat olan notlar buraxılışının dövriyyədən çıxarılması və 15 mln. manatlıq emissiyanın yerləşdirilməsi nəticəsində bazar kapitallaşmasının azalması səbəbindən baş verib.
AGBI indeksinin artması gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR