Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 0,9%, Nasdaq 1,1% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 0,9%, Nasdaq 1,1% yüksəlib
# 19 may 2011 06:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Mayın 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 12 560 bəndədək, S&P 500 0,9% - 1 341 bəndədək, Nasdaq 1,1% - 2 815 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə əsasən korporativ hesabatlar təsir edib. Məsələn, “Dell” şirkətinin pozitiv hesabatı bazarda çox müsbət qarşılanıb.
Avropa fond bazarlarında mayın 18-də FTSE 100 indeksi 1,1% - 5 924 bəndədək, Fransa CAC-40-ı 0,9%- 3 978 bəndədək, Almaniya DAX-ı 0,7% - 7 304 bəndədək yüksəlib.
Mayın 18-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 497,0 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4287 (+0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR