Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,2%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,2%, Nasdaq 0,3% yüksəlib
# 20 may 2011 06:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Mayın 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 12 605 bəndədək, S&P 500 0,2% - 1 344 bəndədək, Nasdaq 0,3% - 2 823 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə makroiqtisadi göstəricilər səbəb olub.
Avropa fond bazarlarında mayın 19-da FTSE 100 indeksi 0,6% - 5 956 bəndədək, Fransa CAC-40-ı 1,3%- 4 028 bəndədək, Almaniya DAX-ı 0,8% - 7 358 bəndədək yüksəlib.
Mayın 19-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 495,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4313 (+0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR