Bank Of Baku

BFB-da 10202431S seriyalı 6 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10202431S seriyalı 6 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 20 may 2011 13:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10202431S seriyalı, dövlət qeydiyyatından keçmiş, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 9 021 000 manat təşkil edib. Sifarişlər 99,50% (gəlirlik 2,02%) və 99,38% (gəlirlik 2,50%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə kəsmə qiyməti – 99,38% (gəlirlik 2,50%), orta ölçülmüş qiyməti isə 99,44% (gəlirlik 2,26%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 6 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin avqustun 19-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR