Bank Of Baku

AGBI indeksi 1,0360, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0360, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 23 may 2011 06:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0359 bənd və ya 3,6% artaraq may ayının 23-nə 1,0360 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0000 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.
AGBI indeksinin artması mayın 20-də dövlət istiqrazlarının bir buraxılışının yerləşdirilməsindən sonra bazarın kapitallaşmasının artması nəticəsində baş verib. Qeyd edək ki, yerləşdirmənin həcmi 6 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR