Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 0,8%, Nasdaq 0,7% enib

Dow Jones indeksi 0,7%, S&P 500 0,8%, Nasdaq 0,7% enib
# 23 may 2011 06:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Mayın 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 12 512 bəndədək, S&P 500 0,8% - 1 333 bəndədək, Nasdaq 0,7% - 2 803 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ-da zəif makroiqtisadi göstəricilər fond bazarında kotirovkaları endirib.
Avropa fond bazarlarında mayın 20-də FTSE 100 indeksi 0,1% - 5 949 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3 991 bəndədək, Almaniya DAX-ı 1,2% - 7 267 bəndədək enib.
Mayın 20-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1% artaraq 1 510,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4079 (-1,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR