Bank Of Baku

Dow Jones indeksi 1,1%, S&P 500 1,2%, Nasdaq 1,6% enib

Dow Jones indeksi 1,1%, S&P 500 1,2%, Nasdaq 1,6% enib
# 24 may 2011 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Mayın 23-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 12 381 bəndədək, S&P 500 1,2% - 1 317 bəndədək, Nasdaq 1,6% - 2 759 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsi bir sıra vacib korporativ xəbərlərin təsiri altında baş verib. Məsələn, «Sony» şirkətinin maliyyə ilini 3,2 mlrd. dollar həcmində zərərlə başa vurması bazara ciddi endirici təsir göstərib.
Avropa fond bazarlarında mayın 23-də FTSE 100 indeksi 1,9% - 5 836 bəndədək, Fransa CAC-40-ı 2,1% - 3 907 bəndədək, Almaniya DAX-ı 2,00% - 7 122 bəndədək enib.
Mayın 23-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 516,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4062 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR