Bank Of Baku

BFB-da 10302531S seriyalı 4 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10302531S seriyalı 4 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 24 may 2011 14:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10302531S seriyalı, dövlət qeydiyyatından keçmiş, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Maliyyə Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, sifarişlər 2 investor tərəfindən təqdim olunub. Sifarişlər 98,53% (gəlirlik 2,99%) - 98,52% (gəlirlik 3,01%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə kəsmə qiyməti – 98,53% (gəlirlik 2,99%), orta ölçülmüş qiyməti isə 99,53% (gəlirlik 2,99%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 4 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin noyabrın 22-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR