Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,1%, Nasdaq 0,5% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,1%, Nasdaq 0,5% enib
# 25 may 2011 06:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Mayın 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 12 356 bəndədək, S&P 500 0,1% - 1 316 bəndədək, Nasdaq 0,5% - 2 746 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, korporativ xəbər və hesabatların ABŞ-ın fond bazarına mənfi təsiri davam edir ki, ardıcıl iki gün ərzində indekslərin enməsi müşahidə olunur.
Avropa fond bazarlarında mayın 24-də FTSE 100 indeksi 0,4% - 5 858 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3 917 bəndədək, Almaniya DAX-ı 0,4% - 7 151 bəndədək yüksəlib.
Mayın 24-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 525,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4053 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR