AGBI indeksi 0,9477, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 0,9477, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 25 may 2011 06:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0524 bənd və ya 5,2% azalaraq may ayının 25-nə 0,9477 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0000 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.
Mayın 24-də iki dövlət istiqrazları buraxılışı dövriyyədən çıxarılıb və bir emissiya yerləşdirilib ki, nəticədə bazarın kapitallaşması azalıb. Belə ki, dövriyyədən çıxarılan buraxılışların ümumi həcmi 13 mln. manat, yerləşdirilən emissiyanın həcmi isə 4 mln. manat təşkil edib. Bu səbəbdən AGBI indeksinin azalması baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR