Bank Of Baku

BFB-də Azərbaycan Mərkəzi Bankının 35 mln. manatlıq notları yerləşdirilib

BFB-də Azərbaycan Mərkəzi Bankının 35 mln. manatlıq notları yerləşdirilib
# 25 may 2011 15:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50102030S seriyalı, ümumi həcmi 50 mln. manat, hərraca çıxarılan həcmi 35 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 7 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 74 159 100 manat təşkil edib.

Sifarişlər 99,85% (gəlirlik 1,93%) - 99,7827% (gəlirlik 2,80%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,8238% (gəlirlik 2,27%), orta ölçülmüş qiyməti isə 99,8318% (gəlirlik 2,17%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə notların nominal üzrə reallaşdırılmış həcmi 35 mln. manat məbləğində, o cümlədən 2 996 400 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən iyunun 22-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR