Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,4%, Nasdaq 0,8% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,4%, Nasdaq 0,8% yüksəlib
# 27 may 2011 06:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Mayın 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 12 403 bəndədək, S&P 500 0,4% - 1 326 bəndədək, Nasdaq 0,8% - 2 783 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsi ölkədə iqtisadi inkişaf tempinin göstəricisinin təsiri altında baş verib. Belə ki, ABŞ-da ÜDM-in həcmi I rübdə 1,8% artıb.
Avropa fond bazarlarında mayın 26-da FTSE 100 indeksi 0,2% - 5 881 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,3% - 3 917 bəndədək, Almaniya DAX-ı 0,8% - 7 114 bəndədək enib.
Mayın 26-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 526,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4247 (+0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR