Bank Of Baku

BFB-da 10800432S seriyalı 2 mln. manatlıq DOİ emissiyası yerləşdirilib

BFB-da 10800432S seriyalı 2 mln. manatlıq DOİ emissiyası yerləşdirilib
# 27 may 2011 13:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10800432S seriyalı, dövlət qeydiyyatından keçmiş, dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, sifariş 1 investor tərəfindən təqdim olunub. Sifariş 100,02% qiyməti ilə təqdim edilib. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 100,02%, orta ölçülmüş qiymət 100,02% səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 2 mln. manat məbləğində müəyyən edilib. İstiqrazlar üzrə faiz gəlirliyi 5% təşkil edir.

Qeyd edək ki, bu DOİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2014-cü il mayın 23-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR