Bank Of Baku

BFB-da 10500833S seriyalı 4 mln. manatlıq GDİ emissiyası yerləşdirilib

BFB-da 10500833S seriyalı 4 mln. manatlıq GDİ emissiyası yerləşdirilib
# 27 may 2011 14:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10500833S seriyalı, dövlət qeydiyyatından keçmiş, geri çağırılmaq hüququna malik olan birillik dövlət istiqrazlarının (GDİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, sifariş 1 investor tərəfindən 100% qiyməti ilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətlər 100% səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 4 mln. manat məbləğində müəyyən edilib. İstiqrazlar üzrə gəlirlik illik 4% təşkil edir.

Qeyd edək ki, bu GDİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2012-ci il mayın 25-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR