Bank Of Baku

Avropanın əsas fond indeksləri enib

Avropanın əsas fond indeksləri enib
# 31 may 2011 06:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Avropa fond bazarlarında mayın 30-da FTSE 100 indeksi 1% - 5 939 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,2% - 3 943 bəndədək, Almaniya DAX-ı 0,04% - 7 160 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, indekslərin dinamikasına əsasən Avrozonada borc böhranın yenidən yaranması ehtimalları təsir edib.
Qeyd edək ki, mayın 30-da Amerika fond bazarında Anım Günü münasibəti ilə ticarət aparılmayıb. Mayın 27-də isə Dow Jones indeksi 0,3% - 12 442 bəndədək, S&P 500 0,4% - 1 331 bəndədək, Nasdaq 0,5% - 2 797 bəndədək yüksəlib.
Mayın 30-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 537,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4377 (+0,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR