Bank Of Baku

Dow Jones indeksi 1%, S&P 500 1,1%, Nasdaq 1,4% yüksəlib

Dow Jones indeksi 1%, S&P 500 1,1%, Nasdaq 1,4% yüksəlib
# 01 iyun 2011 06:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Mayın 31-də Amerika fond bazarında Dow Jones indeksi 1% - 12 570 bəndədək, S&P 500 1,1% - 1 345 bəndədək, Nasdaq 1,4% - 2 835 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ-ın fond bazarına korporativ xəbərlərin təsir etdiyindən kotirovkaların yüksəlməsi sahəli xarakter daşıyıb. Belə ki, avtomobil istehsalı, enerji və bir sıra digər sahələrin şirkətlərinin səhmləri bahalaşıb.
Avropa fond bazarlarında mayın 31-də FTSE 100 indeksi 0,9% - 5 990 bəndədək, Fransa CAC-40-ı 1,6% - 4 007 bəndədək, Almaniya DAX-ı 1,9% - 7 294 bəndədək yüksəlib.
Mayın 31-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 531,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4425 (+1,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR