Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 02 iyun 2011 06:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) dəyişməz qalaraq iyun ayının 2-nə 1,0001 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0542 bənd və ya 5,4% azalaraq 0,9458 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0297 və ya 2,9% azalaraq 1,0001-ə bərabər olub.
İyunun 1-də 25 mln. manat həcmində bir not buraxılışı dövriyyədən çıxarılıb və 20 mln. manatlıq yeni buraxılış yerləşdirilib. Nəticədə, bazarın kapitallaşması azalıb. Bu, AGBI indeksinin azalmasına səbəb olub.
AMFBI indeksinin azalması gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR