Bank Of Baku

Dow Jones indeksi 2,2%, S&P 500 2,3%, Nasdaq 2,3% enib

Dow Jones indeksi 2,2%, S&P 500 2,3%, Nasdaq 2,3% enib
# 02 iyun 2011 06:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. İyunun 1-də Amerika fond bazarında Dow Jones indeksi 2,2% - 12 290 bəndədək, S&P 500 2,3% - 1 315 bəndədək, Nasdaq 2,3% - 2 769 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların enməsinə ölkədə istehsalat fəallığının azalması və yeni açılan iş yerlərinin sayının proqnozlardan daha aşağı olması barədə statistik göstəricilər təsir edib.
Avropa fond bazarlarında iyunun 1-də FTSE 100 indeksi 1% - 5 929 bəndədək, Fransa CAC-40-ı 1,1% - 3 965 bəndədək, Almaniya DAX-ı 1,1% - 7 217 bəndədək enib.
İyunun 1-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 541,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4355 (-0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR