Bank Of Baku

Azərbaycan İpoteka Fondunun daha 3 mln. manatlıq istiqrazları yerləşdirilib

Azərbaycan İpoteka Fondunun daha 3 mln. manatlıq istiqrazları yerləşdirilib
# 02 iyun 2011 15:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti tranşının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 3 investorun iştirak etdiyi hərraca 3 mln. manat həcmində istiqraz çıxarılıb. Sifarişlərin həcmi 40,782 mln. manat təşkil edib. Sifarişlər 101, 1333% qiyməti ilə təqdim edilib. Hərrac nəticəsində yerləşdirilmiş istiqrazların həcmi 3 mln. manat təşkil edib ki, bunun nəticəsində yerləşdirilmiş ümumi həcm 41 mln. manata çatıb.

İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2017-ci ilin dekabrın 11-də icra olunacaq.

Qeyd edə ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının emissiya prospekti 2010-cu ilin noyabr ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 60 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazlar üzrə gəlirlik isə illik 3% təşkil edir.

Xatırladaq ki, bundan öncə AİF ümumi həcmi 55 mln. manat və 75 mln. manat faizli adlı sənədsiz təmin edilməmiş məbləğində ipoteka istiqrazları buraxıb. Sözügedən hər iki emissiya tam həcmdə yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR