Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0174 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0174 təşkil edib
# 03 iyun 2011 06:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) dəyişməz qalaraq iyun ayının 3-nə 1,0001 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0542 bənd və ya 5,7% artaraq 1,0000 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0173 və ya 1,7% artaraq 1,0174-ə bərabər olub.
İyunun 2-də 3 mln. manat həcmində olan ipoteka istiqrazların daha bir tranşı yerləşdirilib ki, nəticədə dövriyyədə olan həcm artıb. Bu, AMFBI indeksinin artmasına səbəb olub.
ACBDI indeksinin artması gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR