Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,1% enib, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,1% enib, Nasdaq 0,2% yüksəlib
# 03 iyun 2011 06:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. İyunun 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 12 249 bəndədək, S&P 500 0,1% - 1 313 bəndədək enib, Nasdaq 0,2% - 2 773 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların dinamikasına bir sıra makroiqtisadi göstəricilərin proqnozlardan daha mənfi olduğu faktı təsir edib.
Avropa fond bazarlarında iyunun 2-də FTSE 100 indeksi 1,4% - 5 848 bəndədək, Fransa CAC-40-ı 1,9% - 3 890 bəndədək, Almaniya DAX-ı 2% - 7 074 bəndədək enib.
İyunun 2-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% azalaraq 1 532,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4486 (+0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR