Bank Of Baku

BFB-da 10102631S seriyalı 7 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10102631S seriyalı 7 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 03 iyun 2011 14:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10102631S seriyalı, dövlət qeydiyyatından keçmiş, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Maliyyə Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, sifarişlər 3 investor tərəfindən təqdim olunub. Sifarişlər 99,86% (gəlirlik 1,46%) - 99,81% (gəlirlik 1,99%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə kəsmə qiyməti – 99,86% (gəlirlik 1,46%), orta ölçülmüş qiyməti isə 99,86% (gəlirlik 1,46%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 7 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin iyulun 8-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR