Bank Of Baku

BFB-da 10202731S seriyalı 6 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10202731S seriyalı 6 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 03 iyun 2011 14:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10202731S seriyalı, dövlət qeydiyyatından keçmiş, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Maliyyə Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, sifarişlər 4 investor tərəfindən təqdim olunub. Sifarişlər 99,48% (gəlirlik 2,10%) - 99,38% (gəlirlik 2,50%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə kəsmə qiyməti – 99,38% (gəlirlik 2,50%), orta ölçülmüş qiyməti isə 99,42% (gəlirlik 2,34%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 6 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin sentyabrın 2-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR