Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 1,1%, Nasdaq 1,1% enib

Dow Jones indeksi 0,5%, S&P 500 1,1%, Nasdaq 1,1% enib
# 07 iyun 2011 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. İyunun 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 12 090 bəndədək, S&P 500 1,1% - 1 286 bəndədək, Nasdaq 1,1% - 2 703 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların enməsinə investorlar arasında dünya iqtisadiyyatının artım templərinin azalması barədə ehtimallar səbəb olub.
Avropa fond bazarlarında iyunun 6-da FTSE 100 indeksi 0,1% - 5 863 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,7% - 3 863 bəndədək, Almaniya DAX-ı 0,3% - 7 085 bəndədək enib.
İyunun 6-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,01% azalaraq 1 546,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4604 (-0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR