Bank Of Baku

BFB-da 10302831S seriyalı 3 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10302831S seriyalı 3 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 07 iyun 2011 16:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10302831S seriyalı, dövlət qeydiyyatından keçmiş, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 4 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 5 441 600 manat təşkil edib.

Sifarişlər 98,84% (gəlirlik 2,35%) – 98,53% (gəlirlik 2,99%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 98,53% (gəlirlik 2,99%), orta ölçülmüş qiyməti isə 98,64% (gəlirlik 2,77%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin dekabrın 6-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR