Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,1%, Nasdaq 1% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,1%, Nasdaq 1% enib
# 08 iyun 2011 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. İyunun 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 12 071 bəndədək, S&P 500 0,1% - 1 285 bəndədək, Nasdaq 1% - 2 702 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların enməsinə Federal Ehtiyat Sisteminin başçısı Ben Bernankenin bəyanatı təsir edib. Belə ki, onun sözlərinə görə, ölkə iqtisadiyyatı cari ildə ləng templərlə artıb. Gələcək aylarda isə artım daha sürətli olacaq, lakin o, iqtisadiyyatın bütün sektorlarında müşahidə olunmayacaq və işsizliyin azalmaması ilə müşayiət olunacaq.
Avropa fond bazarlarında iyunun 7-də FTSE 100 indeksi 0,3% - 5 865 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 872 bəndədək, Almaniya DAX-ı 0,3% - 7 103 bəndədək yüksəlib.
İyunun 7-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 541,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4656 (+0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR