Bank Of Baku

BFB-da Azərbaycan Mərkəzi Bankının 20 mln. manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Mərkəzi Bankının 20 mln. manatlıq notları yerləşdirilib
# 08 iyun 2011 14:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50101730S seriyalı, ümumi həcmi 30 mln. manat, hərraca çıxarılan həcmi 20 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 6 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 24 659 100 manat təşkil edib. Sifarişlər 99,8800% (gəlirlik 1,54%) – 99,8000% (gəlirlik 2,58%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 99,8369% (gəlirlik 2,10), orta ölçülmüş qiyməti isə 99,8562% (gəlirlik 1,85%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 640 600 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 20 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən iyulun 6-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR