Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,4%, Nasdaq 1% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,4%, Nasdaq 1% enib
# 09 iyun 2011 06:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. İyunun 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 12 049 bəndədək, S&P 500 0,4% - 1 280 bəndədək, Nasdaq 1% - 2 675 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, son bir neçə gün investorlar arasında dünya iqtisadiyyatının bərpası ilə bağlı mənfi ehtimal güclənir ki, bu amil də ABŞ fond bazarında indekslərin enməsinə səbəb olur.
Avropa fond bazarlarında iyunun 8-də FTSE 100 indeksi 0,1% - 5 809 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3 838 bəndədək, Almaniya DAX-ı 0,6% - 7 060 bəndədək enib.
İyunun 8-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 537,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4615 (-0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR