Bank Of Baku

BFB-da 10700532S seriyalı 1 mln. manatlıq DOİ emissiyası yerləşdirilib

BFB-da 10700532S seriyalı 1 mln. manatlıq DOİ emissiyası yerləşdirilib
# 10 iyun 2011 14:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10700532S seriyalı dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 1 mln. manat təşkil edib. Sifariş 100,01% (gəlirlik 4,50%) qiyməti ilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətlər 100,01% (gəlirlik 4,50%) səviyyəsində emitent tərəfindən müəyyən edilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DOİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2013-cü il iyunun 7-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR